Azərbaycanda yaşayan Ukrayna vətəndaşları və Ukrayna sevərlər Yuriy Osadçenko ilə bağlı sərt bəyanat yayaraq, əlaqədar orqanlardan Azərbaycanın Ukrayna Konqresi” İctimai Birliyinin (AUK) əməllərinə hüquqi qiymət verilməsini xahiş edib. Azadmedia.az Ukrayna diaspor təşkilatının fəalları, “Bakıdakı ukraynalılar” icmasının nümayəndələri, Ukrayna Ticarət Evinin, Ukraynanın Şamaxı ş. Fəxri Konsulluğunun, Bakıdakı Ukrayna Mərkəzinin rəhbərləri, eləcə də Ukrayna əsilli azərbaycanlılar, Azərbaycanda yaşayan Ukrayna vətəndaşları adından imzalanan müraciəti təqdim edir:Ümumdünya Ukraynalılar Konqressi
Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyi
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi
“Azərbaycanın Ukrayna Konqressi” İB
MÜRACİƏT
Biz, Sumqayıt ş. Ukrayna diaspor təşkilatının fəalları, “Bakıdakı ukraynalılar” icmasının nümayəndələri, Ukrayna Ticarət Evinin, Ukraynanın Şamaxı ş. Fəxri Konsulluğunun, Bakıdakı Ukrayna Mərkəzinin rəhbərləri, eləcə də Ukrayna əsilli azərbaycanlılar, Azərbaycanda yaşayan Ukrayna vətəndaşları “Azərbaycanın Ukrayna Konqresi” İctimai Birliyinin (AUK) həyata keçirdiyi manipulyasiya fəaliyyətindən, habelə bu qurumun Azərbaycandakı bütün Ukrayna diasporunun maraqlarını təmsil etmək hüququnu mənimsəmək üçün mütəkəbbir və ədəbsiz cəhdlərindən son dərəcə qəzəbliyik. Çünki bu cür hərəkətlər öz növbəsində Ukrayna-Azərbaycan münasibətlərinin inkişafına xələl gətirə bilər.
Bildiyiniz kimi, AUK 2012-ci ildə müxtəlif etnik mənşəli və ondan əvvəl anti-Ukrayna fəaliyyəti ilə məşhur olan A.Zareçnının rəhbərlik etdiyi “Taras Şevçenko adına Azərbaycanda Ukrayna icması” adlı diaspor təşkilatının üzvü olan nümayəndələrdən yaradılmışdır.
AUK-u formalaşdırarkən lap əvvəldən nə klassik, nə də müasir diaspor - onun nümayəndələrinin paylaşacağı ortaq dil, mədəniyyət və adət-ənənələrlə birləşmiş insanların etnik qrupu anlayışı nəzərə alınmırdı.
2016-cı ildə Y.Osadçenko AUK-un İdarə Heyətinin sədri olanda AUK üzvlərinin əksəriyyətində artıq öz tarixi Vətənləri ilə bağlı kollektiv yaddaşı yox idi və ya onların heç bir ukraynalı kökü yox idi. Maraqlıdır ki, yalnız az sayda AUK nümayəndələri əcnəbi ukraynalının vəsiqəsinə malikdirlər (əsasən uzun müddət Azərbaycandakı Ukrayna icmasının həyatında fəal rol oynamayan yaşlı insanlar). Hətta AUK-un rəhbəri Y.Osadçenko hələ də Ukrayna ilə əlaqəsini hüquqi cəhətdən təsdiq edə bilməyib.
Gələcəkdə AUK-un formalaşması yalnız üzvlərinin sayını etnik mənşəyindən asılı olmayaraq süni şəkildə artırmaq cəhdlərinə qədər azaldı.
Etnik ukraynalıların ehtiyaclarını praktiki olaraq ödəmək AUK-un fəaliyyət sahəsinə aid deyildi, buna görə də bu qurumun nümayəndələri müstəqil olaraq öz şəxsiyyətlərini vurğulayan tədbirlər təşkil etmirdilər (sonradan AUK üzvlüyünü ləğv edən şüurlu etnik ukraynalılar istisna olmaqla), Rusiyanın 2014-cü ildə Ukrayna ərazisinin bir hissəsinin qanunsuz ilhaqından sonra yaranmış vəziyyətdən narahat olmayaraq, ancaq arabir bu ölkələrin diplomatik müəssisələri (Ukraynanın, Rusiyanın, Belarusun Azərbaycandakı səfirlikləri) tərəfindən keçirilən tədbirlərə qatılırdılar.
AUK rəhbərinin siyasəti bu diaspor təşkilatının Nizamnaməsinin müddəalarına zidd olaraq həyata keçirilib, eləcə də AUK üzvlərinin əksəriyyətinin Ukrayna xalqının adət-ənənələrini dəstəkləmək istəyinin olmaması onsuz da sayına görə kiçik olan qurumun tarixi Vətənlə etnik əlaqəsini demək olar ki, tamamilə itirməsinə, AUK üzvlərinin böyük əksəriyyətinin isə özlərini etnik ukraynalı kimi tanımaqdan imtina etməyinə gətirib çıxarmışdır.
Bütün bunlar 2020-ci ildə Ukrayna əsilli vətənpərvər və fəal vətəndaşların, o cümlədən AUK-un idarə heyətində olan üzvlərin AUK-dan çıxmasına səbəb oldu.
2020-ci ilin ikinci yarısından etibarən AUK tamamilə psevdo-Ukrayna qurumuna çevrilmiş, onun rəhbərinin fəaliyyəti yalnız öz piarları ilə məhdudlaşıb, Azərbaycandakı Ukrayna icmasının konsolidasiyasına mane olub və Ukraynanın Azərbaycandakı Səfirliyinin bu istiqamətdə işinə mane olub.
Bunun əvəzində 2019-2022-ci illər ərzində Azərbaycandakı Ukrayna icmasında baş verən təkamül dəyişiklikləri və onun Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə fonunda birləşməsi Azərbaycanda etnik ukraynalılar və Ukrayna xalqının mədəni və dil ənənələrini qoruyub saxlayan, Azərbaycanda Ukraynanın müsbət imicinin formalaşmasına və Ukrayna və Azərbaycan xalqları arasında dostluq əlaqələrinin inkişafına töhfə verən yeni ukraynalılar dalğası arasından vətənpərvər bir icmanın formalaşması üçün ilkin şərtlər yaratdı.
Bu gün, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hərbi təcavüzünün başlanmasından səkkiz ay keçəndən sonra Ukraynanın Azərbaycandakı Səfirliyinin koordinasiyası üzrə birgə fəaliyyətimiz Ukraynaya humanitar yardımın cəlb edilməsinə və göndərilməsinə, eləcə də Rusiya tərəfindən Ukraynanın dinc əhalisinin davamlı atəşə tutulması nəticəsində öz ölkələrini tərk edərək qonaqpərvər Azərbaycana köçmək məcburiyyətində qalmış Ukrayna vətəndaşlarının dəstəklənməsinə töhfə verir.
Sadə azərbaycanlıların da qoşulduğu bu proses əsl könüllülük hərəkatına çevrilib. Bu şərtlər altında, hətta Y.Osadçenkonun mövqeyinin əksinə olaraq, AUK-un ayrı-ayrı üzvləri müstəqil olaraq Ukraynaya və onun vətəndaşlarına dəstək olmaq üçün humanitar layihələr həyata keçirdilər. Onların və digər qayğıkeş ukraynalıların və Ukraynanın dostlarının fəaliyyəti Ukraynanın Azərbaycandakı Səfirliyi tərəfindən Ukraynanın müstəqilliyinin 31-ci ildönümü çərçivəsində müsbət qiymətləndirilmişdir.
Bununla bağlı AUK-un 28.03.2022-ci il tarixli bəyanatında “müharibənin ilk günlərindən... Azərbaycanın Ukrayna Konqresi müstəsna olaraq Ukrayna vətəndaşlarına humanitar yardım məsələləri ilə məşğul olur” sözləri xüsusilə həyasızcasına deyilmiş və yalandır. Azərbaycandakı digər ictimai təşkilatların və sadə vətəndaşların işinin nəticələrinin AUK tərəfindən mənimsənilməsi Y.Osadçenkonun növbəti özünü reklamıdır, xüsusilə də daim rusiya işğalçısının atəşi altında olan Ukraynanın dinc əhalisinin iztirabları fonunda arsız səslənir.
Bu gün AUK öz adı altında həqiqətən demaqogiya ilə məşğuldur və o cümlədən Ukraynaya dəstək olaraq fəaliyyətinin real nəticələrinin olmaması fonunda, yalnız söz və ya Facebook səhifələrində digər təşkilatların və vətəndaşların fəaliyyətinin nəticələrini özünə aid etməkdə davam edərək fəaliyyət imitasiyası ilə məşquldur. Bundan əlavə, AUK öz bəyanatlarında faktiki olaraq sadə vətəndaşları çaşdıran mövzunun mahiyyətini dərk etmədən beynəlxalq münasibətlər və dövlətlər arasında strateji tərəfdaşlığın inkişafı sahəsində düşüncələrə əl atır.
Ən son belə nümunə AUK-un 22.10.2022-ci il tarixində öz Facebook səhifəsində dərc edilmiş bəyanatıdır (maraqlıdır ki, bəyanat 11.10.2022-ci il tarixlidir), bu bəyanatla onu imzalayan tərəflər həm Azərbaycan cəmiyyəti, həm də Azərbaycanın Ukrayna diasporunun nümayəndələri tərəfindən artıq aydın şəkildə qiymətləndirilmiş faktlara müraciət edərək, Azərbaycan cəmiyyətini həyəcanlandırmağa, qızışdırmağa və sarsıtmağa davam edirlər, Azərbaycan cəmiyyəti və dövlətlərimiz arasında ikitərəfli münasibətlərə xələl gətirirlər.
Azərbaycan icması ilə süni “flört” fonunda AUK ukraynalıları və bütövlükdə Ukraynanı gözdən salmağa, özgəsinin narrativlərini təbliğ edərək Azərbaycan mediası vasitəsilə yayayaq Azərbaycanda Ukrayna diasporunun formalaşması və inkişaf tarixini təhrif etməyə və bu prosesdə AUK-un rolunu manipulyasiya etməyə çalışır.
Fikrimizcə, AUK-un bu cür hərəkətləri təkcə fəaliyyəti Ukrayna ilə Azərbaycan arasında əməkdaşlığın inkişafı və möhkəmləndirilməsinə yönəlmiş Azərbaycandakı digər Ukrayna diasporu və ictimai təşkilatlarını nüfuzdan salmaq deyil, həm də hər iki dövlət arasında ikitərəfli münasibətlərə açıq şəkildə zərər vurmaq məqsədi daşıyır.
AUK-un indiki rəhbəri Y.Osadçenkonun uzun illər ərzində əvvəlcə “Rus dünyası” iş adamları ictimai birliyinin sədr müavini vəzifəsini tutaraq “Rus dünyası” ideologiyasını təbliğ etdiyi, sonra isə etnik ukraynalıların səmimi hisslərindən yalnız şəxsi ambisiyalarını təmin etmək üçün istifadə etdiyi sirr deyil.
Bütün bunlar ona gətirib çıxardı ki, AUK-un Azərbaycan ukraynalıları arasında öz nüfuzunu və dəstəyini tamamilə itirərək marjinal quruma çevrildi.
Bununla əlaqədar olaraq:
1. Ümumdünya Ukraynalılar Konqresinə AUK-un assosiativ üzv statusundan məhrum edilməsini təklif edirik.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən fəaliyyəti Nizamnaməsinin müddəalarını kobud şəkildə pozmaqla həyata keçirilən AUK-un fəaliyyət əsaslarına hüquqi qiymətin verilməsini xahiş edirik. Bundan əlavə, bu təşkilatın fəaliyyətinin Ukraynanın imicinə xələl gətirdiyini nəzərə alaraq, AUK-un öz adında “Ukrayna” sözlərinin törəmələrindən istifadə etmək imkanından məhrum edilməsi məsələsinin baxılmasını xahiş edirik.
3. AUK İdarə Heyətinin sədri Y.Osadçenkonun Ukrayna Prezidentinin mükafatından – “Əmək və Şücaətə görə” medalından məhrum edilməsini təklif edirik.
4. Biz AUK-u fəaliyyətini dayandırmağa və özünü ləğv etməyə və özünü ukraynalı kimi identifikasiya edən üzvlərini nəhayət, tamamilə nüfuzdan düşmüş AUK ilə münasibətləri kəsməyə və Azərbaycandakı Ukrayna icmasının ailəsinə qoşulmağa çağırırıq.
Bakı ş., 25 oktyabr 2022-ci il P.S. Müraciət Ukrayna əsilli azərbaycanlılar və Azərbaycanda yaşayan Ukrayna vətəndaşları tərəfindən imzalanmaq üçün açıqdır