“İran və ABŞ məhbusların mübadiləsi ilə bağlı razılığa gəlməyə yaxındır. Tərəflər məhbusların azad edilməsi ilə bağlı razılaşmanın təfərrüatlarını aydınlaşdırır”.
Azadmedia.az xəbər verir ki, bu barədə Oman Sultanlığının xarici işlər naziri Bədr bin Həməd Əl-Busaidi KİV-ə açıqlamasında bildirib.
Qeyd edək ki, nazir İran və ABŞ-ın mümkün məhbus mübadiləsinə dair razılaşmaya yaxın olduğunu deyib: “Deyə bilərəm ki, Tehran və Vaşinqton məhbusların mübadiləsinə dair razılaşmanı yekunlaşdırmağa yaxındır. Yəqin ki, yalnız texniki məsələlərin müzakirəsi qalıb”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.