Ukrayna hərbçiləri Rusiyanın 20-ci Əlahiddə Ümumqoşun Ordusunun Luqansk vilayətinin Kremennoy rayonunda yerləşən diviziyasına ağır zərbə endirib.
Azadmedia.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
Qeyd edək ki, “Ukrayna ordusu Rusiyanın 20-ci Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-mayor Suhrab Əhmədovun gəlişini gözlədiyi anda zərbə endirib. HIMARS-larla endirilən zərbələr nəticəsində 100-ə yaxın rus əsgəri həlak olub, 100-ə yaxını isə yaralanıb. Zərbə təkcə canlı qüvvəyə deyil, həm də zirehli texnikaya yönəlib”, - deyə məlumatda bildirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.