Masallı Dövlət Rəsm Qalereyasının təşkilatçılığı və Masallı regional “ASAN xidmət” mərkəzinin dəstəyi ilə “Heydər Əliyev ili” çərçivəsində 15 iyun Milli Qurtuluş Günu münasibətilə Masallı rəssamlarının əl işlərindən ibarət açıq sərgi təşkil olunub.
Azadmedia.az xəbər verir ki, Masallı regional “ASAN xidmət” mərkəzinin qarşısında təşkil olunan sərgidə çıxış edən mərkəzin direktoru Vidadi Muxtarov sərginin məqsədi haqqında məlumat verib.
Sonra qalereyanın direktor əvəzi Təhmasib Məcidov şərgidəki rəsm əsərləri haqqında iştirakçıları məlumatlandırıb.
Qeyd edək ki, sərgini gün ərzində mərkəzni xidmətlərindən istifadə edən vətəndaşlar da ziyarət edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.