Rusiyanın Qafanda konsulluq açmaq qərarı və bunu ən qısa müddətdə reallaşdırma istəyinə İranın ərazidəki konsulu reaksiya verib.
Azadmedia.az xəbər verir ki, İranın Qafandakı Baş konsulu Mürtəza Abidin Varamin xarici KİV-ə açıqlamasında bundan “şad olduqlarını” ifadə edib.
Belə ki, bu, Zəngəzur bölgəsində sabitlik və təhlükəsizliyə töhfə verəcək, deyə bildirilir.
Varamin həmçinin qeyd edib ki, “Burada əməkdaşlıq edə biləcəyimiz başqa diplomatların da olacağına çox şadam. İran ölkələr arasında əlaqələrin inkişafına yönəlmiş istənilən addımı alqışlayır. Ümid edirik ki, Ermənistanın Zəngəzur bölgəsində başqa ölkənin diplomatik nümayəndəliyinin və ya siyasi nümayəndəliyinin açılması sabitlik və təhlükəsizliyə töhfə verəcək”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.