Təbrizin Şəhid Mədəni Universitetinin 80 tələbəsi təhsil müəssisəsinin Nizam-İntizam Komitəsinə çağırılıb.
Azadmedia.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə tələbə hərəkatı fəalları məlumat yayıb.
Məlumata görə, tələbələrə qarşı “etiraz aksiyalarında iştirak etmək”, “iğtişaş törətmək”, “müqəddəsləri təhqir etmək”, “tələbəlik statusuna zidd hərəkətlər etmək”, “universitetin iş və təhsil rejimini pozmaq” ittihamları irəli sürülüb.
Bundan öncəki təcrübəyə əsasən onların müvəqqəti və ya daimi olaraq təhsillərinə qadağa qoyulacağı ehtimal edilir.
Qeyd edək ki, 2022-ci ilin sentyabr ayında İranda başlayan etiraz aksiyalarından sonra ictimai fəallıq göstərən və repressiyalara etiraz edən yüzlərlə tələbə universitetlərdən qovulub. Onların əksəriyyəti "hökumətə qarşı təbliğat”da günahlandırılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.