İyunun 20-də saat 16:30-dan 17:25-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən qəsəbəsi istiqamətində yerləşən mövqelərdən Azərbaycan ordusunun Heydərabad qəsəbəsi istiqamətində yerləşən mövqelərini atəşə tutublar. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bundan başqa, saat 20:10 radələrində Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı birləşmələrinin üzvləri Azərbaycan ordusunun Şuşa rayonu ərazisindəki mövqelərini atəşə tutublar.
Azərbaycan Silahlı Qüvvələrinin bölmələri bu ərazilərdə adekvat cavab tədbirləri həyata keçirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.