Hindistan önümüzdəki illərdə ABŞ üçün kritik strateji tərəfdaş olacaq.
Azadmedia.az xəbər verir ki, bunu ABŞ-ın Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
Belə ki, ABŞ və Hindistan arasında möhkəm müdafiə əməkdaşlığının olduğunu bildirən Kirbi bu əməkdaşlığı inkişaf etdirmək üçün çalışacaqlarını bildirib.
Həmçinin Baydenin Modi ilə görüşündə, Ukraynanın da gündəmdə olacağını vurğulayan Kirbi üçüncü ölkənin Ukraynada mümkün sülh prosesinə qarışması məsələsini müsbət qarşılayacaqlarını deyib. Digər tərəfdən Kirbi bu prosesin uğurlu olması üçün Ukraynanın ərazi bütövlüyünə bağlılığın qəbul edilməsi lazım olduğunu da bildirib.
Qeyd edək ki,Modinin ABŞ-a səfər tarixi açıqlanmayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.