Ukraynada prezident seçkiləri yalnız hərbi əməliyyatlar başa çatandan sonra mümkün ola bilər.
Azadmedia.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
Belə ki, “Ukrayna qanunlarına görə, seçkilər yalnız sülh zamanı keçirilə bilər”, - dövlət başçısı qeyd edib.
Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski 2022-ci il fevralın 24-də Rusiyanın hərbi təcavüzü ilə əlaqədar ölkədə hərbi vəziyyət rejimi elan edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.