AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BMT Rusiya ordusunu bu siyahıya daxil etdi - Quttereş

  • + A
  • - A
  • 23-06-2023, 19:04

    BMT Rusiya ordusunu bu siyahıya daxil etdi -



    BMT-nin Baş katibi Antonio Quterreş Rusiya ordusunu “rüsvayçılıq siyahısı”na daxil edib və 2022-ci ildə Ukraynada 136 uşağın ölümünə görə Rusiyanın məsuliyyət daşıdığını bildirib.

    Azadmedia.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

    Belə ki, “Növbəti həftə bununla bağlı hazırlanan sənəd BMT Təhlükəsizlik Şurasının üzvlərinə göndəriləcək. Hesabatda öldürülən və şikəst olan uşaqlar, eləcə də Rusiya ordusunun məktəblərə və xəstəxanalara etdiyi hücumlardan şoka düşən azyaşlılar barədə məlumat var”, - məlumatda bildirilib.

    Qeyd edək ki, BTM-nin məlumatına görə, 2022-ci ildə Ukraynada 477 uşaq öldürülüb. 136 uşaq ölümündə Rusiya ordusunun iştirakı sübut edilib, daha 80 uşaq isə Ukrayna Silahlı Qüvvələrinin hərəkətləri nəticəsində həlak olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR