AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nazir Ceyhun Bayramov Koreya Respublikasının xarici işlər nazirinin xüsusi nümayəndəsi Beyk Cuhyon ilə görüşüb - XİN

  • + A
  • - A
  • 23-06-2023, 20:27

    Nazir Ceyhun Bayramov Koreya Respublikasının xarici işlər nazirinin xüsusi nümayəndəsi Beyk Cuhyon ilə görüşüb -


    Bakı, 23 iyun — Azadmedia.az


    Nazir Ceyhun Bayramov Koreya Respublikasının xarici işlər nazirinin xüsusi nümayəndəsi Beyk Cuhyon ilə görüşüb

    Nazir Ceyhun Bayramovun Koreya Respublikasının xarici işlər nazirinin xüsusi nümayəndəsi Beyk Cuhyon ilə görüşünə dair mətbuat məlumatı

    23 aprel 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Koreya Respublikasının xarici işlər nazirinin xüsusi nümayəndəsi Beyk Cuhyon arasında görüş keçirilib.

    Nazir Ceyhun Bayramov Azərbaycan və Koreya arasında mövcud olan ikitərəfli münasibətlərin uğurlu inkişafını, həmçinin iki ölkə arasında bir çox sahələrdə geniş əməkdaşlıq imkanlarının mövcud olduğunu qeyd edib. Ölkələrimiz arasında, iqtisadiyyat, yüksək texnologiyalar, enerji, təhsil, turizm və bir sıra digər istiqamətlərdə əməkdaşlıqdan məmnunluq ifadə olunub. Ölkələrimiz arasında təhsil sahəsində artan əməkdaşlığın, Koreya təhsil standartları əsasında yaradılmış Sənayə və İnnovasiyalar Bakı Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyətinin, universitetlər arasında ikili diplom təhsil proqramlarının ölkələrimiz arasında artan əməkdaşlığın vacib istiqamətlərindən olduğunu bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR