AB Rusiyadakı vəziyyəti izləyir və baş verənləri ölkənin daxili işi hesab edir.
Azadmedia.az xəbər verir ki, bu barədə AB məlumat yayıb.
Belə ki, “AB hazırkı hadisələri Rusiyanın daxili işi hesab edir. Biz vəziyyəti izləyirik”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin “Ədalət Yürüşü”nə çıxdığını elan edib. O, Rostov və Voroneji ələ keçirdikdən sonra döyüşçüləri ilə Moskvaya doğru hərəkət edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.