AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İkinci cəhd - Əsas mövzu sülh sazişidir

  • + A
  • - A
  • 26-06-2023, 22:26

    İkinci cəhd - Əsas mövzu sülh sazişidir

    Bazar ertəsi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ-ın dövlət katibi Entoni Blinkenin dəvəti ilə ABŞ-a işgüzar səfərə gedib. Səfər çərçivəsində Blinkenlə ikitərəfli görüş, habelə Ermənistan tərəfi ilə danışıqların növbəti raundu nəzərdə tutulub. Amerika tərəfinin məlumatına görə, Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqların növbəti raundu çərşənbə axşamı, iyunun 27-də keçiriləcək. Danışıqların dəqiq neçə gün davam edəcəyi hələ dəqiqləşdirilməyib. Lakin Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadənin sözlərinə görə, onlar bir neçə gün davam edə bilər. “Görüş sabah başlayacaq. Çox güman ki, danışıqlar bir neçə gün davam edəcək. Əsas mövzu sülh sazişidir”.

    Azadmedia.az xatırladır ki, Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşü iyunun 12-də Vaşinqtonda keçirilməli idi, lakin Bakının xahişi ilə təxirə salınmışdı. Bundan əvvəl mayın 1-dən 4-dək Vaşinqtonda xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın rəhbərlik etdiyi Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında birbaşa ikitərəfli danışıqlar aparılıb. Amerikanın Arlinqton şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında sülh sazişi üzrə dörd günlük diplomatik marafonun nəticələri sensasion nəticə verməyib. Daha sonra ABŞ-da aparılan danışıqların yekunlarına əsasən, Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, Amerika platformasında danışıqlar prosesi zamanı Azərbaycan və Ermənistan nazirləri Ermənistan-Azərbaycan nizamlanması üzrə sülh prosesindəki hazırkı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. dövlətlərinin mövqelərini də səsləndiriblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR