AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan rəhbəri həmişə öz məqsədinə çatır

  • + A
  • - A
  • 26-06-2023, 23:37

    Azərbaycan rəhbəri həmişə öz məqsədinə çatır

    Şükürlər olsun, 30 il keçsə də, Bakı əvvəllər işğal olunmuş ərazilərinin əksəriyyətinə nəzarəti bərpa etdi. Dünyada Qarabağın mənsubiyyəti ilə bağlı heç kim mübahisə etmir və Paşinyan özü də faktiki olaraq İrəvanın razı olduğunu bildirib: Qarabağ Azərbaycandır. Fəxrlə deyə bilərik ki, Azərbaycan rəhbəri həmişə öz məqsədinə çatır.

    Prezident İlham Əliyev səbirlə hər dəfə qeyd edir ki, Azərbaycan məhz belə bir üsula əl atmaq imkanı olsa da, hər şeyə hərbi yolla deyil, diplomatik yolla nail olmağa çalışır. Amma o, bunu tətbiq etmir, çünki Azərbaycan prezidenti rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar zamanı qüyd edib ki, bunu etməyəcək. Prezident İlham Əliyev sözünün adamıdır. Bunun çoxlu misallarını göstərə bilərik. Vladimir Putinin özünün də bəyan etdiyi kimi, İlham Əliyevlə danışıqlar aparmaq çətindir, çünki o, hər zaman təkbaşına, ölkəsinin milli maraqları üzərində möhkəm dayanır. Amma Azərbaycan prezidenti söz veribsə, o zaman əmin ola bilərsiniz ki, o, sözünü tutacaq. O, etibarlı tərəfdaş və müttəfiqdir.

    Qloballaşan dünyada əhatəmizdə olan dövlətləri maraqlandıran Zəngəzur dəhlizinin aqibətidir. Hesab edirik ki, nəhayət, hansısa formada o da açılacaq. Baxmayaraq ki, erməni tərəfi həmişə onu həyata keçirməmək üçün səbəblər axtarır.

    Unutmayaq ki, 2025-ci ildə Rusiya sülhməramlılarının Qarabağda qalma mandatı bitəcək. De-yure, bununla belə, bütün Qarabağ Azərbaycanındır.
    Bu gün Azərbaycanın müdafiə naziri bəyan etdi ki, Qarabağda qanunsuz erməni birləşmələri ilə bağlı problemi nəhayət həll etmək üçün ölkə ordusunun bir korpusu kifayət edəcək. Eyni zamanda görürük ki, Azərbaycan bunu etmir. Səbəb də verilmiş sözdürmü?
    Bəli, çünki əks halda yeni müharibə olacaq. Ona görə də Azərbaycan bunu edə bilərdi, amma etmir. Sadəcə olaraq, yeni müharibə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının geri çəkilməsinə gətirib çıxara bilər. Ermənistan bundan sonra ümumiyyətlə danışıqlardan imtina edəcək.
    Sonda Aİ-nin Ermənistan-Azərbaycan sərhədində missiyasının genişləndirilməsinə toxunmaq istərdik. Məqsəd nədir?
    Aİ missiyası elan edilmiş məqsədlərə uyğun gəlmir. Hər kəs yaxşı bilir ki, bu “mülki” adlanan missiyanın nümayəndələri sıravi hərbçilər, Cənubi Qafqaz regionunda kəşfiyyat fəaliyyəti həyata keçirən xüsusi xidmət orqanlarının nümayəndələridir. Onların vəzifələri Azərbaycan və Ermənistan arasında münaqişənin həllinə deyil, Rusiya, İran və Türkiyəyə potensial təzyiqlərə yönəlib.

    Missiyanın 2025-ci ilə qədər olduğu müəyyən edilib, amma hər şeyin orada bitəcəyi şübhəlidir. 2025-ci ildə, missiyanın sonunda Ermənistana kimin rəhbərlik edəcəyindən çox şey asılı olacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR