Berkin Müdafiə Sənayesi Mühəndisliyi
Başqanı Yücel Atalay
Berkin Müdafiə Sənayesi Mühəndisliyi Başqanı Yücel Atalay, 26 iyun - ölkəmizin Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycanı təbrik edib.
Başqan Yücel Atalay bu barədə Azadmedia.az-a bildirib.
"Rəşadətli Azərbaycan Ordusu tam 105 yaşında! Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin digər sahələrlə yanaşı, ordu quruculuğu sahəsində də apardığı siyasət, bugün möhtərəm Prezident cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Dost və qardaş ölkə Azərbaycanda xidmət edən hərbçilərin 26 iyun - Azərbaycan Silahlı Qüvvələri Günü mübarək olsun. Hər birinə möhkəm cansağlığı, uzun ömür və şərəfli xidmətlərində nailiyyətlər arzulayıram.
Vətən, torpaq naminə müqəddəs və şərəfli xidmətinizdə hər birinizə uğurlar olsun!”
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.