AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ-da görüşünün proqramı məlum olub

  • + A
  • - A
  • 27-06-2023, 11:11

    Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ-da görüşünün proqramı məlum olub

    Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ-da keçiriləcək görüşünün proqramı məlum olub. Azadmedia.az xəbər verir ki, ABŞ dövlət katibi Entoni Blinken Xarici İşlər üzrə Milli Təlim Mərkəzində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyan ilə ikitərəfli görüşlər keçirəcək.

    Görüşlərdən sonra Blinken Xarici İşlər üzrə Milli Təlim Mərkəzində iki ölkənin xarici işlər nazirləri ilə ilk plenar iclasda iştirak edəcək.

    Qeyd edək ki, danışıqlar iyunun 29-dək davam edəcək. Əsas mövzu Azərbaycan və Ermənistan arasında sülh sazişidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR