AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nazarbayev İntellektual Məktəbləri və Nazarbayev Fondu ilə bağlı qanunlar dəyişdi - SON DƏQİQƏ

  • + A
  • - A
  • 29-06-2023, 19:01

    Nazarbayev İntellektual Məktəbləri və Nazarbayev Fondu ilə bağlı qanunlar dəyişdi -



    Qazaxıstanda Nazarbayev Universiteti, Nazarbayev İntellektual Məktəbləri və Nazarbayev Fondu ilə bağlı qanunlar dəyişəcək.

    Azadmedia.az Oxu.az-a istinadən xəbər verir ki, Senatın deputatları “Qazaxıstan Respublikasının bəzi qanunvericilik aktlarına peşə ixtisasları, dövlət mükafatları, sosial təminat və təhsil məsələləri ilə bağlı dəyişikliklər və əlavələr edilməsi haqqında” qanun layihəsini iki oxunuşda bəyəniblər.

    Dəyişikliklərə görə, ölkənin sabiq prezidenti Nursultan Nazarbayev sözügedən məktəblərin və fondun Ali şuralarının başçısı statusundan məhrum edilir.

    Senatın deputatı Nurtore Jusip məruzə ilə çıxış edərək, qanunun Qazaxıstan Respublikasının peşə ixtisasları ilə bağlı bir sıra qanunvericilik aktlarının “Peşəkar ixtisaslar haqqında” qanun layihəsinin müddəalarına uyğunlaşdırılması məqsədilə hazırlandığını vurğulayıb.

    Qeyd edək ki, yanvarın 11-də Qazaxıstanın Konstitusiya Məhkəməsi Elbası haqqında qanunun etibarsız sayılması barədə qərar qəbul edib. Yeni qanuna əsasən, Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev Elbası statusundan və onunla bağlı imtiyazlardan məhrum edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR