AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı polisi peşə bayramını qeyd edib - FOTOLAR

  • + A
  • - A
  • 30-06-2023, 16:23

    Masallı polisi peşə bayramını qeyd edib -

    Bakı, 30 iyun — Azadmedia.az

    Masallı polisi peşə bayramını qeyd etdi - VİDEO/FOTOLAR Azərbaycan Polisinin yaradılmasından 105 il ötür.

    25 il öncə 1998-ci ildə Ümummilli lider Heydər Əliyevin imzaladığı müvafiq sərəncamla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub.

    Daxili İşlər Nazirliyinin ayrılmaz bir hissəsi olan Masallı polisi də peşə bayramını özünəməxsus qeyd etdi.

    Azadmedia.az xəbər verir ki, bayram tədbiri Masallı Rayon Polis Şöbəsinin həyətində polislərin sıra düzümü ilə başladı. RPŞ-nin Xidmət üzrə rəis müavini Elşən Talıbov şəxsi heyətin Azərbaycan Polisinin yaradılmasının 105-ci ildönümü münasibəti ilə düzüldüyü barədə şöbənin rəisi polis polkovniki Azay Ağayevə məruzə etdi. Polis rəisinin təbrikindən sonra şəxsi heyət Azərbaycan Respublikası Dövlət himnini oxudu.

    Sonra Masallı Rayon Polis Şöbəsinin əməkdaşları bayram tədbirinə təşrif buyurmuş qonaqlarla birlikdə Ümummilli lider Heydər Əliyevin abidəsini və şəhidlərin xatirəsinə ucaldılan “Qəhrəmanlar parkı” abidə kompleksini böyük ehtiramla ziyarət edilib, önünə gül dəstələri düzdülər.

    Rayon Polis Şöbəsinin konfrans zalında keçirilən tədbir Ulu öndər Heydər Əliyev və Azərbaycan şəhidlərinin ruhunun bir dəqiqəlik sükutu ilə başladı.

    Masallı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azay Ağayev məruzə ilə çıxış edərək Azərbaycan Polisinin yaranma tarixindən danışdı. Polis rəisi qeyd etdi ki, Ulu öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizdə bütün sahələrdə olduğu kimi, polis orqanlarında da köklü islahatlar həyata keçirilib. Hazırda Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Daxili İşlər Naziri Vilayət Eyvazovun düzgün kadr islahatları, polis işçilərinə qayğısı bu peşəyə gənclərin sevgisini artırır.

    Sonra polis rəisi Daxili İşlər Naziri General-polkovnik Vilayət Eyvazovun Azərbaycan Polisinin yaradılmasının 105-ci ildönümü münasibətilə təbrik məktubunu oxudu.

    Tədbirdə Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Adəm Məhərrəmov, YAP Masallı Rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı rayon Prokuroru Vəli Mustafayev, Masallı rayon Məhkəməsinin hakimi Habil Bəhmənov, Dövlət Təhlükəsizlik Xidməti Masallı rayon şöbəsinin rəisi Emin Süleymanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin rəisi Vüsal Şirinov və başqaları çıxış edərək Masallı polisi timsalında Azərbaycan polisini peşə bayramı münasibətilə təbrik etdilər.

    Tədbirdə polis orqanlarında səmərəli fəaliyyətinə görə şöbənin bir qrup işçisinə Masallı Rayon İcra Hakimiyyətinin, Masallı Rayon Polis Şöbəsinin, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələri Veteranları təşkilatının Təşəkkürnaməsi, Diplom və Fəxri fərmanları təqdim edildi.

    Masallı şəhərində fəaliyyət göstərən “Şəkər bala” uşaq bağçasının kiçik fidanları polis paltarında Masallı RPŞ-nə gələrək Masallı polisini təbrik etdilər. Uşaqlarla səmimi söhbət edən polis rəisi “balaca polislər”-in təbriklərini dinləyib, onlarla xatirə şəkili çəkdirdi.

    Daha sonra çay süfrəsi arxasında Masallının veteran polisləri ilə görüş keçirildi. Səmimi keçən görüşdə çıxış edən veteranlar öz xatirələrini bölüşüb, fədakar fəaliyyətlərindən söz açdılar. Onlar peşə bayramlarında yad edildikləri, unudulmadıqları üçün Masallı RPŞ-nin rəisi Azay Ağayevə təşəkkür etdilər. Polis Şöbəsi tərəfindən veteranlara hədiyyələr verildi.


















    Cənub regional bürosunun rəhbəri: Rəmzi Şahverdiyev


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR