Əgər Ukrayna NATO-ya qəbul prosesini başlatmaq üçün dəvət almasa, onda Prezident Zelenski Alyansın sammitinə getməyəcək.
Azadmedia.az xəbər verir ki, bu sözləri Ukrayna Prezident Ofisi rəhbərinin müavini İqor Jovkva “Reuters”ə açıqlamasında deyib.
Belə ki, “Biz üzvlüyə dəvət prosedurunun başlanmasını xahiş edirik”, - deyə o bildirib.
Qeyd edək ki, NATO sammiti 11-12 iyulda Vilnüsdə keçiriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.