UNESCO Baş Konfransının növbədənkənar sessiyasında Vaşinqtonun təklif etdiyi şərtlərlə ABŞ-ın təşkilata qayıtması barədə qətnamə qəbul edilib.
Azadmedia.az xəbər verir ki, ümumilikdə 132 ölkə səs qətnamənin lehinə verib. 10 ölkə buna qarşı çıxıb, daha 15 ölkə isə bitərəf qalıb.
Qeyd edək ki, həmin qətnamənin qəbulu üçün 95 səs çoxluğu tələb olunurdu, ona görə də qətnamə layihəsi təsdiq edilmiş sayılır. ABŞ son beş ildə ödənilməyən üzvlük haqqı kimi toplanmış 600 milyon dollar köçürməyi planlaşdırır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.