İsveç səfiri Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyinə çağırıldı.
Azadmedia.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Belə ki, Stokholmda Mərkəzi Məscidin qarşısında "Qurani-Kərim"in nüsxəsinin ekstremist tərəfindən yandırılmasına etiraz əlaməti olaraq iyulun 2-də İsveç səfiri XİN-ə çağırılıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı XİN i "Belə rüsvayçı hərəkəti qəti şəkildə qınaması barədə İsveç səfirinə məlumat verərək, İsveç hökumətini ekstremizm və mötədilliyinin qarşısının alınması ilə bağlı beynəlxalq səylərə birbaşa zidd olan bütün hərəkətləri dayandırmağa çağırıb və xalqlar və dövlətlər arasında qarşılıqlı hörmətə əsaslanan münasibətlərin vacibliyini vurğulayıb".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.