Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev MDB baş katibinin keçmiş müavini və keçmiş mədəniyyət naziri Dauren Abayevi Rusiyaya yeni səfir təyin edib.
Azadmedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkə liderinin mətbuat xidməti məlumat yayıb.
Belə ki, "Dövlət başçısının sərəncamı ilə Dauren Əsgərbekoviç Abayev Qazaxıstanın Rusiyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib", - prezidentin sərəncamında deyilir.
Qeyd edək ki, iyunun 16-da Tokayev Yermek Koşerbayevi Qazaxıstanın Rusiyadakı səfiri vəzifəsindən azad edərək Şərqi Qazaxıstan vilayətinin administrasiyasının rəhbəri təyin edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.