AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Putin hakimiyyətinin əhəmiyyətli bir hissəsini itirdi - Piontkovski

  • + A
  • - A
  • 3-07-2023, 16:17

    Putin hakimiyyətinin əhəmiyyətli bir hissəsini itirdi -


    Rusiya Prezidenti Vladimir Putin artıq nüvə silahından və ya böyük ekoloji fəlakətə səbəb ola biləcək nədənsə istifadəyə göstəriş vermək imkanına malik deyil.

    Azadmedia.az xəbər verir ki, bunu rusiyalı publisist və politoloq Andrey Piontkovski deyib.

    Qeyd edək ki, “Putin hakimiyyətinin əhəmiyyətli bir hissəsini itirdi. Nüvə silahının istifadəsi birinci şəxsin əlində böyük bir güc cəmlənməsini tələb edir. O, indi heç kimə təkcə nüvə silahı üçün deyil, həm də ekoloji fəlakətin digər ssenariləri üzrə göstəriş verə bilməz. Gündəmi dəyişmək üçün orada Zaporojye atom elektrik stansiyasının, titan zavodunun partlaması və ya öz Kursk atom elektrik stansiyasının partladılması ehtimalı müzakirə edildi. Bütün bu variantlar artıq istisna edilir”, - deyə o bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR