Avropa İttifaqı liderləri Avropa müdafiə sənayesini gücləndirmək əzmində olduqlarını bir daha təsdiqləyiblər.
Azadmedia.az xəbər verir ki, Aİ Liderlər Zirvə Toplantısının ilk gün sessiyalarının sonunda gündəmdəki mövzular arasında Ukrayna, təhlükəsizlik və müdafiə ilə bağlı birgə bəyanat qəbul edilib.
Qeyd edək ki, Avropa İttifaqı liderləri Avropanın müdafiə sektorunun texnoloji və sənaye bazasının gücləndirilməsinin vacibliyini vurğulayaraq, xüsusilə Avropanın özünü müdafiə etməli və bu baxımdan daha innovativ, rəqabətədavamlı və dayanıqlı olmasına ehtiyac olduğunu qeyd ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.