AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Gürcüstan hakimiyyətini Mixail Saakaşvilini Ukraynaya təhvil verməyə çağırıram“ - Zelenski

  • + A
  • - A
  • 3-07-2023, 22:42

    “Gürcüstan hakimiyyətini Mixail Saakaşvilini Ukraynaya təhvil verməyə çağırıram“ -



    Hazırda Rusiya Ukrayna vətəndaşı Mixail Saakaşvilini Gürcüstan hakimiyyətinin əli ilə öldürür.

    Azadmedia.az xəbər verir ki, bu barədə Ukrayna lideri Vladimir Zelenski Teleqram kanalında yazıb.

    Belə ki, o bildirib ki, Saakaşvilini bu gün məhkəmə iclasına onlayn qatılarkən izləyib və onun vəziyyətindən dəhşətə gəlib:

    “Kiyev dəfələrlə Saakaşvilini alçaltmağı dayandırmaq və onu Ukraynaya geri vermək üçün Tiflisə çağırış edib”.

    Həmçinin dövlət başçısı Xarici İşlər Nazirliyinə Gürcüstanın Ukraynadakı səfirini çağırmağı, ona kəskin etirazını bildirməyi və paytaxtı ilə məsləhətləşmələr üçün 48 saat ərzində Ukraynanı tərk etməyi təklif etməyi tapşırıb.

    Qeyd edək ki, Zelenski “Bir daha Gürcüstan hakimiyyətini Ukrayna vətəndaşı Mixail Saakaşvilini lazımi müalicə və qayğı üçün Ukraynaya təhvil verməyə çağırıram. Avropada heç bir hakimiyyət insanları edam etmək hüququna malik deyil, Avropanın əsas dəyəri həyatdır” deyə vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR