AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasında ABŞ-nin səylərini yüksək qiymətləndiririk”

  • + A
  • - A
  • 4-07-2023, 11:51

    “Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasında ABŞ-nin səylərini yüksək qiymətləndiririk”


    “Hazırda Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün əlverişli şərait formalaşmışdır. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasında, beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh müqaviləsinin hazırlanması prosesində ABŞ-nin səylərini yüksək qiymətləndiririk”.

    Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenə ABŞ-nin milli bayramı - Müstəqillik Günü münasibətilə ünvanlandığı təbrik məktubunda bildirib.

    Dövlətimizin başçısı vurğulayıb ki, bu gün bir sıra sahələrdə qarşılıqlı fəaliyyətimizin böyük potensialından yararlanaraq ABŞ-lə əlaqələrimizi daha da genişləndirmək əzmindəyik.
    “Əminəm ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan-ABŞ tərəfdaşlığının inkişafı və möhkəmləndirilməsi yolunda birgə səylərimizi dövlətlərimizin maraqları və xalqlarımızın mənafeyi naminə bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik”, - deyə Azərbaycan Prezidenti qeyd edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR