Hindistan Xarici İşlər Nazirliyinin nümayəndə heyəti İrəvanda səfərdədir.
Azadmedia.az xəbər verir ki, bu barədə Ermənistan XİN açıqlama yayıb.
Belə ki, bildirilib ki, nümayəndə heyəti bu gün “erməni soyqırımı” memorial kompleksini ziyarət edib.
Qeyd edək ki, son aylar Ermənistanla Hindistan arasında münasibətlərdə inkişaf yaşanır. Hindistan Ermənistana ağır hərbi texnika da tədarük edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.