İsrail qüvvələrinin Cenin şəhərində keçirdiyi əməliyyat rəsmən başa çatıb, hərbçilər ərazini tərk ediblər.
Azadmedia.az xəbər verir ki, bu barədə xarici KİV İsrail ordusunun nümayəndəsinə istinadən məlumat yayıb.
Qeyd edək ki, bazar ertəsi gecə İsrail ordusu Cenin və eyni adlı qaçqın düşərgəsində genişmiqyaslı əks-terror əməliyyatına başladığını elan edib. Əməliyyatın ilk günündə yaraqlıların infrastrukturuna hava zərbələri endirilib.
Ötən gün axşam saatlarında isə Baş nazir Netanyahu antiterror əməliyyatının baş çatdığını rəsmən elan etdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.