Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ilə bağlı istənilən məsləhətləşmələrə qarşıyıq.
Azadmedia.az xəbər verir ki, bunu hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının sədri İrakli Kobaxidze deyib.
Belə ki, o, bildirib ki, Gürcüstanın Ukraynadakı səfiri bir çoxlarından, xüsusən də Kiyevin strateji tərəfdaşlarının səfirlərindən fərqli olaraq, müharibənin ilk günündən ölkədən çıxmayan şəxs olub:
Qeyd edək ki, “Səfirimiz Ukraynanın paytaxtında qalıb və bir çox işlərin öhdəsindən gəlib, onun humanitar, siyasi dəstək baxımından rolu çox mühüm idi. Bunu nəzərə alsaq, Ukrayna hakimiyyətinin belə bir addımı təhqiramiz, çox üzücü və bezdiricidir”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.