Albaniyanın müdafiə naziri Niko Peleşi İsrailə səfər edib və həmkarı Yoav Qallant ilə hərbi və sənaye sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalayıb.
Azadmedia.az xəbər verir ki, bu barədə İsrail Baş Nazir Aparatının mətbuat xidməti məlumat yayıb.
Belə ki, Qallant və Peleşi ikitərəfli müdafiə əməkdaşlığı və ümumi maraq doğuran təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Qeyd edək ki, həmin görüşdən sonra iki nazir simvolik mərasimlə müdafiə, hərbi və sənaye sahələrində əməkdaşlığa dair anlaşma memorandumu imzalayıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.