NATO-nun Vilnüsdə keçiriləcək sammiti Ukrayna cəmiyyətinin gözləntilərini doğrultmayacaq.
Azadmedia.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin rəisi Kirill Budanov deyib.
Qeyd edək ki, “Mənim üçün NATO sammitini çox sadə səbəbə görə yüksək qiymətləndirmək olduqca çətindir: cəmiyyətimizin gözləntiləri doğrulmayacaq. Əminəm ki, bəzi sözlər deyiləcək, amma bundan başqa heç nə. Bundan sonra nələrin müzakirə olunacağına tam əminəm, mən çıxışların mətnini görmüşəm”, - deyə Budanov bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.