AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsveç qanuvericilikdə dəyişiklik etdi, lakin bunun əməli fəaliyyətdə də əks olunması gərəkdir - Hakan Fidan

  • + A
  • - A
  • 6-07-2023, 20:09

    İsveç qanuvericilikdə dəyişiklik etdi, lakin bunun əməli fəaliyyətdə də əks olunması gərəkdir -



    NATO-da qoşulma prosesində ölkələrin terrorizmlə mübarizədə dürüst mövqe sərgiləməsi şərtdir.

    Azadmedia.az xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Hakan Fidan Brüsseldə İsveç və Finlandiyadan olan həmkarları ilə görüşündən sonra açıqlamasında deyib.

    Qeyd edək ki, “İsveç qanuvericilikdə dəyişiklik etdi, lakin bunun əməli fəaliyyətdə də əks olunması gərəkdir. Gələcək müttəfiqlərin Türkiyəyə hərbi ləvazimatların tədarükündə sanksiya və məhdudiyyət tətbiq etməməsi də vacibdir. Üçtərəfli razılaşmalardan irəli gələn öhdəliklər yerinə yetirilməlidir. Terror təşkilatlarının təxribatlarına icazə verən bir ölkənin terrorla mübarizədə hansı səyləri göstərəcəyi də suallar doğurur”, - deyə XİN rəhbəri bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR