“Bu gün sizinlə burada, möhtəşəm Bakıda görüşməyimə çox şadam. Əminəm ki, görüşlərimizin intensivliyi iki ölkə arasında qardaşlığa əsaslanan dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə sadiqliyimizi və birgə iradəmizi bir daha təsdiqləyir”. Bunu Albaniya Prezidenti Bayram Beqay Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşündə deyib.
Son illər bu əməkdaşlığın həm siyasi, həm də iqtisadi sahədə dinamik inkişaf etdiyini vurğulayan Bayram Beqay deyib: “Sizin (Prezident İlham Əliyev - red.) qeyd etdiyiniz kimi, bizim çox gözəl münasibətlərimiz var və biz iqtisadi sahədə də mükəmməl olmalıyıq. . Mən şəxsən Sizin öhdəliyinizi və ölkələrimiz arasında münasibətlərin tarixində yeni səhifənin açılmasına töhfənizi yüksək qiymətləndirirəm”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.