AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı rayonu rəhbərinin növbəti vətəndaş qəbulu keçirilib - İH

  • + A
  • - A
  • 7-07-2023, 20:39

    Masallı rayonu rəhbərinin növbəti vətəndaş qəbulu keçirilib -


    Bakı, 7 iyul — Azadmedia.az


    Rayon rəhbərinin 07 iyul 2023-cü il tarixdə növbəti vətəndaş qəbulu keçirilib.

    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşlarla növbəti qəbulu baş tutub.

    Belə ki, qəbulda rayon İcra Hakimiyyəti Başçısı aparatının məsul əməkdaşları, hüquq mühafizə orqanları rəhbərləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, icra hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.

    Həmçinin növbəti qəbulda müxtəlif ərazilərindən ümumilikdə 30 nəfərə yaxın vətəndaş müraciət edib.

    Vətəndaşların bütün müraciət və təklifləri diqqətlə dinlənilib, qeydiyyatı aparılıb.

    Qeyd edək ki, Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR