AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya ərzaq və gübrələrin ixracı üzrə razılaşmaların uzadılması üçün mümkün olan hər şeyi edir - BMT rəsmisi

  • + A
  • - A
  • 10-07-2023, 23:11

    Rusiya ərzaq və gübrələrin ixracı üzrə razılaşmaların uzadılması  üçün mümkün olan hər şeyi edir -

    BMT-nin Baş katibi Antonio Quterreş taxıl sazişinin, o cümlədən Rusiya ərzaq və gübrələrinin ixracı üzrə razılaşmaların uzadılması və tam icrası üçün mümkün olan hər şeyi edir.

    Azadmedia.az xəbər verir ki, bu barədə Təşkilatın baş katibinin sözçüsü Stefan Düjarrik deyib.

    Belə ki, “Hazırda heç bir səyahət elanım yoxdur, amma sizə deyə bilərəm ki, mən bu səhər baş katiblə bu haqda danışmışam. İstər Qara Dəniz Taxıl Təşəbbüsü, istərsə də Anlaşma Memorandumu olsun, dünya aclığı ilə mübarizənin əhəmiyyətini nəzərə alaraq, bütün razılaşmalar davam edir və tam icra olunur”, - deyə o qeyd edib.

    Qeyd olunub ki, “Biz bütün əsas tərəflərlə, xüsusən də Rusiya, Ukrayna və Türkiyə ilə əlaqə saxlayırıq”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR