AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İlham Əliyev: Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin vaxtı çatıb

  • + A
  • - A
  • 11-07-2023, 23:30

    İlham Əliyev: Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin vaxtı çatıb

    İlham Əliyev bəyan edib ki, Azərbaycan Bakı ilə İrəvan arasında sülh müqaviləsi məsələsində səylərini davam etdirəcək. O qeyd edib ki, son təmaslar razılaşmanı yaxınlaşdıra bilər.
    Azərbaycan prezidenti İlham Əliyev Bakı ilə İrəvan arasında danışıqlar prosesində müsbət irəliləyiş olduğunu bildirib.

    “Əgər ötən ilin oktyabrında Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərini tanıyıbsa, bu ilin mayında daha da irəli gedərək Azərbaycan ərazisinin, o cümlədən Qarabağın və anklav kəndlərinin parametrlərini rəsmən tanıyıb”.

    - deyən dövlət başçısı bildirib ki, bu fakta müsbət yanaşmaq lazımdır. O vurğulayıb ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalamaq və münasibətləri yaxşılaşdırmaq vaxtı çatıb.

    İlham Əliyev xatırladıb ki, ölkələr arasında sülh müqaviləsi yalnız Azərbaycanın arxalandığı beynəlxalq hüquq əsasında imzalana bilər.

    Azərbaycan Prezidenti yüksək səviyyəli son danışıqları da dəyərləndirərək, onların və gələcək yüksək səviyyəli görüşlərin və təmasların sülh sazişini daha da yaxınlaşdırdığını bildirib:

    "Biz bunu istəyirik, bu təşəbbüsü irəli sürdük. Ancaq yenə deyirəm, hər şey bizdən asılı deyil, qarşı tərəf də buna hazır olmalı və sözlə ifadə olunan prinsipləri kağıza köçürməlidir".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR