AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İlham Əliyev və Nikol Paşinyan vaxtından əvvəl Brüsseldə görüşəcək

  • + A
  • - A
  • 12-07-2023, 22:21

    İlham Əliyev və Nikol Paşinyan vaxtından əvvəl Brüsseldə görüşəcək

    Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasında növbəti danışıqlar planlaşdırılandan tez baş tuta bilər. İyulun əvvəlində onların bu ayın 21-də Belçika paytaxtında keçiriləcəyi xəbəri yayılmışdı.
    Azərbaycan və Ermənistan liderləri arasında növbəti danışıqlar planlaşdırılandan tez baş tuta bilər. Belə bir bəyanatla iyulun 12-də Ermənistan Təhlükəsizlik Şurasının katibi çıxış edib.

    Əvvəlcə İlham Əliyevlə Nikol Paşinyan arasında görüşün gələn həftənin sonunda Brüsseldə baş tutacağı planlaşdırılırdı. Avropa İttifaqı Şurasının prezidentinin vasitəçi kimi çıxış edəcəyi gözlənilir.

    “Ola bilsin ki, Brüsseldəki bu görüş iyulun 21-dən xeyli tez baş tutsun” - Armen Qriqoryan deyib.

    O, həmçinin bildirib ki, Brüssel, Vaşinqton və Moskvada gedən Azərbaycan-Ermənistan danışıqları bir-birini tamamlayır.

    "Danışıqların gündəliyi, müzakirə olunan məsələlər demək olar ki, eynidir. Və ABŞ-ın regionda iştirakı sabitliyin təmin olunmasına kömək edir və biz ABŞ-ın danışıqlarda iştirakını vacib hesab edirik, çünki Vaşinqton böyük işlər görür” - Ermənistan Təhlükəsizlik Şurasının katibi deyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR