AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Go Turkiye ilə dəniz, günəş, rəngarəng təbiətin və tarixin birləşdiyi sehirli şəhər Antalyadan Salamlar.. - REPORTAJ

  • + A
  • - A
  • 11-07-2023, 23:54

    Go Turkiye ilə dəniz, günəş, rəngarəng təbiətin və tarixin birləşdiyi sehirli şəhər Antalyadan Salamlar.. -


    Antalya, 11 iyul - Azadmedia.az

    Qardaş Türkiyəmizin turizm cənnəti olan qiymətli Antalyadan vətənim Azərbaycana və bizi oxuyan hər kəsə tək-tək salam olsun..!

    Dənizin, günəşin, təbiətin və tarixin bir araya gəldiyi sehirli şəhər - ANTALYA.


    “Go Türkiye” proqramı çərçivəsində Türkiyənin turizm imkanları tanıdılır.

    Azadmedia.az xəbər verir ki, Türkiyə Mədəniyyət və Turizm nazirliyinin proqramı çərçivəsində Türkiyənin turizm potensialının tanıdılması məqsədilə “Go Turkiye” Turizm Bürosu dünyanın altı ölkəsindən olan nüfuzlu media şirkətlərinin nümayəndələri İstanbulda görüşərək, ilk səfərlərini Antalyadan başlayıblar.

    Belə ki, proqramda Azərbaycan, Özbəkistan Qazaxıstan, Serbiya, Macarıstan və Rumıniya olmaqla altı ölkədən olan beynəlxalq jurnalistlər və eyni zamanda bloqqerlər iştirak edir. Azərbaycanı xəbər saytı adına Azadmedia.az və saytın Redaktoru jurnalist Ülkər Piriyeva təmsil edir.


    Türkiyənin turizm cənnəti olan Antalyanın hər səmti başlı başına bir təbiət möcüzəsidir. Antalya Türkiyənin ən əhəmiyyətli turizm mərkəzlərindən biridir.

    Antalyanın qədim adı Pamfiliya idi və burada salınan şəhərlər xüsusilə II və III əsr öz qızıl dövrünü yaşadı. 5-ci əsrə doğru əvvəlki şöhrətini itirdi. Bölgə Şərqi Roma və ya Türkiyədə bilindiyi kimi Bizanslıların hakimiyyəti altında ikən 1207-ci ildə Səlcuqlular tərəfindən türk torpaqlarına birləşdirildi.

    Bəli, zamanla Ataliya, Adalya deyənlər oldu, sonda isə Antalya adı ilə tarixdə öz yerini tapdı. Arxeoloji qazıntılarda 40 min il əvvəl Antalya və ətraf ərazilərdə insanların yaşadığı sübuta yetirilib.

    Antalya vilayətinin rayonları sırasında; Akseki, Alanya, Elmalı, Finike, Qazipaşa, Gündoğmuş, İbradı, Demre, Kaş, Kemer, Korkuteli, Kumluca, Manavgat, Serik, Muratpaşa, Konyaaltı, Aksu, Döşemealtı, Kəpəzdir.

    Türkiyənin turizm cənnəti olan Antalya şəhəri Aralıq dənizi sahili boyunca uzanan kilometrlərlə sahil xətti, qədim şəhərləri, təbii gözəllikləri, muzeyləri və gözəl mənzərələri ilə yerli və xarici turistlərin ən sevimli məkanıdır. Xüsusilə yay fəslində yerıi və xarici turistlərlə dolu olan Antalyanın tarixi yerləri zəngin tarixi ilə tanınan Anadolu torpaqlarının aynasıdır.

    Rəngarəng təbiəti, palma ağacları ilə bəzədilmiş bulvarları, ənənəvi memarlığını qoruyub saxlayan mərkəzi Kaleiçi və irimiqyaslı turizm sərmayələri ilə Türkiyənin ən möhtəşəm turizm mərkəzi. Aralıq dənizi iqliminin hökm sürdüyü Antalyada yay ayları daha çox quraq və isti, qışı isə isti və yağışlı keçir.

    Antalya həmçinin Türkiyənin geniş miqyaslı immiqrasiya şəhərlərindən biridir.

    Bundan başqa turizm, kənd təsərrüfatı və ticarət Antalya şəhərinin iqtisadiyyatında ön sıralardadır və sənaye fəaliyyətləri və proqram təminatı sektoru da son vaxtlar inkişaf etməkdədir.

    Antalyada görməli olduğunuz təbii gözəllikləri arasında - Manavgat şəlaləsi, Kaleiçi, Saklıkent Kanyonu, Kurşunlu Şəlaləsi Təbiət Parkı, Karain mağarası, Göynük Kanyonu, Körpülü Kanyon Milli Parkı, Kekova adası, Çıralı Yanardaş və daha onlarca saymadığımız yerləri...

    Bütün bunlarla yanaşı Antalya mədəni kimliyinin tələbi olaraq bir çox festivallara ev sahibliyi etməkdədir. Bunlardan ən önəmlisi Antalya “Qızıl Portağal Film Festivalı”dır. Bu festivalın Türk kinosu üçün böyük əhəmiyyəti var.

    Bundan əlavə, demək olar ki, bütün rayon və bazarlarda ənənəvi əl işləri və suvenir mağazaları yerli və xarici ziyarətçilərə müxtəlif alternativlər təklif edir.

    Şəhərin təbii quruluşundan irəli gələrək, Antalyada dörd fəsli bir arada yaşamaq mümkündür. Dənizdə üzərkən bir qədər uzaqlıqdakı Saklıkent Kayak Mərkəzində xizək sürmək mümkündür. Bir sözlə, Antalyada dənizə, təbiətə və tarixə aid hər şeyi bir arada tapa bilərsiniz.

    Antalyanın Kaleiçində dar və dolama küçələrində qeybolun..

    Elə dünyanın altı ölkəsindən Azərbaycan, Özbəkistan Qazaxıstan, Serbiya, Macarıstan və Rumıniya olmaqla “Go Turkiye” proqramı çərçivəsində dəvət alıb gələn biz jurnalistlər də sehrli Antalyanın “Kaleiçi”ndə qeybolduq..

    Möhtəşəm Antalya xarici turistlərin ən çox ziyarət etdiyi Türkiyə şəhərlərindən biridir. İsti çimərlikləri, günəşli günləri və rəngarəng təbiəti ilə “Go Turkiye” ilə sizləri səsləyir... Doğrudur, qışda bu istiqamətdə bir qədər turist axını azalır, lakin təcrübəli səyahətçilər dəqiq bilirlər ki, Antalyada ən maraqlı yerlər sadəcə dəniz və çimərliklər deyil, ilin istənilən vaxtında gəzə biləcəyiniz və zövq alacağınız inanılmaz zəngin mədəni və tarixi irsdir...



    Kaleiçi və Antalyanın maraqlı nüansları barədə
    Azadmedia.az və 1453 Kral media-da daha ətraflı məlumatlar olacaq...
    Özünü Antalyalı hiss edən hər kəs,
    11 iyul, Antalyadan sevgi ilə qalın..

    Ülkər Piriyeva













    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR