AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda 1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü qeyd olunub - FOTOLAR

  • + A
  • - A
  • 1-08-2023, 22:41

    Masallıda 1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü qeyd olunub -

    Bakı, 1 avqust — Azadmedia.az

    01 avqust 2023-cü il tarixdə Masallı rayon Mərkəzi Kitabxanasında Masallı Rayon İcra Hakimiyyəti, YAP Masallı rayon Təşkilatı, Mərkəzi Kitabxana,Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayonu üzrə Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə Heydər Əliyev İli çərçivəsində “1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” münasibətilə “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda tədbir keçirilib. Tədbirdə Ulu öndər Heydər Əliyev və torpaqlarımızın işğaldan azad olunması uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Tədbiri açıq elan edən kitabxananın direktor əvəzi Zamin Məmmədov bildirib ki, hər il avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Bu əlamətdar gün Ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Qeyd olunub ki, ulu öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb.
    Rayon Ağsaqallar Şurasının sədri, filioloq, yazıçı-publisist Ələşrəf Niftiyev çıxışında vurğulayıb ki, sovet dövründə yaranmış əngəllərə baxmayaraq, sarsılmaz təməlləri olan Azərbaycan dili mövcudluğunu qoruya bilib. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının tərkibində müstəqil Dilçilik İnstitutunun yaradılması dilçiliyimizin bir elm kimi inkişafına ciddi təkan verib. Sonrakı illərdə Azərbaycan dilinin mövcud təhlükələrdən qorunması və gələcək nəsillər üçün mühafizə edilməsi istiqamətində ulu öndər Heydər Əliyevin xidmətlərini xüsusi qeyd etmək lazımdır.
    Sonra YAP Masallı rayon Təşkilatının nümayəndəsi Əfrail Fərziyev, Bədəlan kənd orta məktəbinin dil-ədəbiyyat müəllimi Məhbubə Şahbazova, yazıçı-publisist Dilşad Nüsrətqızı, “Yeni Həyat” qəzetinin baş ədəbi işçisi Akif Ağayev və filologiya elmləri doktoru, professor Vaqif Yusiflinin mövzu ilə bağlı ətraflı çıxışları dinlənilib. Çıxışlarda Azərbaycan dilinin dünya dilləri içərisində layiqli yer tutmasından danışılıb, zənginliyinin və saflığının qorunmasından söz açılıb. Vurğulanıb ki, illər keçdikcə dilimiz inkişaf edərək saflaşıb və dünya ədəbiyyatına çox dəyərli əsərlər töhvə edib.



    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR