AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı RİH Başçısı Öncəqala ərazisinin sakinləri ilə görüşüb - FOTOLAR

  • + A
  • - A
  • 18-08-2023, 14:02

    Masallı  RİH Başçısı Öncəqala ərazisinin sakinləri ilə görüşüb -



    Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov vətəndaşlarla növbəti səyyar görüş-qəbulunu Öncəqala ərazisində keçirib.

    Belə ki, Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov qəbula gələnləri salamlamış və səyyar görüş-qəbulunu açıq elan edib, sözü Masallı RİHB aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri Elvin Fəttayevə verərək rayon rəhbəri ilə ötən görüş zamanı vətəndaşların müraciətlərinin həlli vəziyyəti ilə bağlı məlumat verməsini istəyib.

    Daha sonra rayon rəhbəri qəbula gələn vətəndaşları narahat edən məsələlərlə bağlı müraciətlərini dinləyib, qəbulda qaldırılan məsələlərdən bir neçəsi dərhal yerində həll olunub, digər məsələlər barəsində müraciət edən vətəndaşlara qanunamüvafiq izahat verilib və vətəndaşların müraciətinə həsasslıqla yanaşaraq qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verib.

    Qeyd edək ki, Masallı Rayon İcra Hakimiyyətinin Başçısı səyyar-görüş qəbulunu yekunlaşdıraraq rayonda vətəndaş müraciətlərinin daim diqqətdə saxlanıldığını bildirib.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR