Bakıda qara bazarı idarə edən milyarder saxlanıldı
Hüquq-mühafizə orqanları “Trans Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikov saxlayıb. Ə.Məlikov qara bazara küütləvi şəkildə dollar çıxarmaqda şübhəli bilinir
Bu barədə istiqlal.az-a etibarlı mənbələrdən məlumat daxil olub.
Mənbənin məlumatına görə, ölkənin gömrük sərhədləri yaxınlığında dolların qara bazarda satışı “Trans Broker” MMC-nin işçiləri - brokerlərin nəzarətindədir. Brokerlər həm idxalçılara, həm də şəxsi problemləri ilə bağlı ölkəni qısa müddətli tərk edən rəsmi məzənnədən 8-10 qəpik bahasına dollar təklif edirlər. Banklar da pul tapa bilməyən insanlar brkerlərin bu təklifi ilə razılaşmalı olurlar. Bu məsələ ilə bağlı kütləvi narazılıq olduğundan məsələyə hüquq-mühafizə orqanları müdaxilə etməli olublar. Hüquq-mühafizə orqanları qara bazarın Ə.Məlikov da daxil olmaqla bir neçə əsas oyunçusunu saxlayıb - deyə mənbə vurğulayır.
Mənbənin sözlərinə görə, bir neçə saatlıq saxlanılan Ə.Məlikov hələlik sərbəst buraxılsa da, məsələ ilə bağlı araşdırmalar davam etdirilir: Araşdırmanın nəticələrinə uyğun olaraq qara bazarın əsas ouyunçuları ilə bağlı qərar veriləcək.
Yada salaq ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev dünən jurnalistlərə açıqlamasında deyib ki, ölkə prezidentinin tapşırığı ilə bununla əlaqədar məruzələr hazırlanıb və tədbirlər həyata keçirilib: “Bu istiqamətdə araşdırmalar aparılır, şübhəli şəxslər var”.
Ə.Məlikovun rəhbərlik etdiyi “Trans Broker” MMC də elə 2006-cı ildə işə başlayıb. “Trans Broker” MMC Gömrük Məcəlləsinin 22 maddəsinə əsaslanaraq yaradılıb. Məcəllədə göstərilir ki, broker xidməti malların, nəqliyyat vasitələrinin gətirilməsi, tranizitin həyata keçirilməsi və gömrükdə təmsilçiliklə bağlıdır. Təmsilçilik üçün isə sahibkarla müqavilə bağlanmalıdır. Ancaq “Trans Broker” MMC səlahiyyət həddini aşaraq sahibkarları belə müqavilələr bağlamağa və gətirdiyi maldan götürəcəyi ehtimal olunan gəlirin ən azı 60- 70%-ni əvvəlcədən onlara verməyə məcbur edirdi.
Az sonra isə “Trans Broker” MMC alternativ gömrük xidmətinə çevrilir. Məsələn, brokerlər gömrüyə daxil olmayana qədər, heç kəsin yük maşınlarını açmaq səlahiyyəti olmayıb. Bu hal 2015-ci ilin sonunacan davam edib. Bu ilin əvvəlindən gömrükdə idxal manopoliyası ləğv edilsə də, qeyri-leqal milyarder Ə.Məlikovun imtiyazlı kərə yağları və avtomobil ehtiyat hissələrinin idxalı biznesini davam etdirib. Onun adı bir sıra kriminal işlərdə hallanır.