AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı RİH Başçısı Qəriblər ərazisinin sakinləri ilə görüşüb - FOTOLAR

  • + A
  • - A
  • 6-09-2023, 21:24

    Masallı RİH Başçısı Qəriblər ərazisinin sakinləri ilə görüşüb -

    Bakı, 6 sentyabr — Azadmedia.az


    06 sentyabr 2023-cü il tarixində Masallı Rayon İcra Hakimiyyətinin Başçısı cənab Araz Əhmədov vətəndaşlarla növbəti səyyar görüş-qəbulunu Qəriblər ərazisində keçirib.
    Belə ki, Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov qəbula gələnləri salamlamış və səyyar görüş-qəbulunu açıq elan edib, sözü Masallı RİHB aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri Elvin Fəttayevə verərək rayon rəhbəri ilə ötən görüş zamanı vətəndaşların müraciətlərinin həlli vəziyyəti ilə bağlı məlumat verməsini istəyiblər.
    Sonra rayon rəhbəri qəbula gələn vətəndaşları narahat edən məsələlərlə bağlı müraciətlərini dinləyib, qəbulda qaldırılan məsələlərdən bir neçəsi dərhal yerində həll olunub, digər məsələlər barəsində müraciət edən vətəndaşlara qanunamüvafiq izahat verilib və vətəndaşların müraciətinə həsasslıqla yanaşaraq qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verib.
    Masallı Rayon İcra Hakimiyyətinin Başçısı cənab Araz Əhmədov səyyar-görüş qəbulunu yekunlaşdıraraq rayonda vətəndaş müraciətlərinin daim diqqətdə saxlanıldığını bildirib.




    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR