AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda “İnsan hüquqları” mövzusunda təlim keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 7-09-2023, 16:14

    Masallıda “İnsan hüquqları” mövzusunda təlim keçirilib -


    Bakı, 7 sentyabr — Azadmedia.az


    Masallıda “İnsan hüquqları” mövzusunda təlim

    Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Lənkəran-Astara regional nümayəndəliyinin Masallı bölməsində gənclər üçün təlim keçirilib.
    Avropa Şurasının Avropa Gənclər Fondunun dəstəyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının və GİKM-in Lənkəran-Astara regional nümayəndəliyinin Masallı bölməsinin birgə təşkilatçılığı ilə “Azərbaycanın regionlarında gənc təlimçilərin bacarıqlarının inkişaf etdirilməsi” layihəsinin davamlılıq mərhələsi (follow-up) çərçivəsində həyata keçirilən təlimdə layihənin iştirakçıları Aynur Tağıyeva və Elməddin Mirzəyev tərəfindən “İnsan hüquqları”, “İnsan hüquqlarının dəyərləri”, “Ayrı-seçkilik və növləri” haqqında iştirakçılara məlumatlar verilib. Təlim zamanı qeyd olunan mövzular ətrafında qrup işləri həyata keçirilib, enercayzerlər icra edilib. Gənclər onlara verilmiş tapşırıqlar ətrafında fikir mübadilələri apararaq təqdimatlar hazırlayıb, təqdim ediblər.
    Sonda iştirakçılar sertifikatla təltif olunublar.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR