AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yusifovun “çevrilişi” və rektorluğu GDU-nun “burnundan gəldi” - Şok iddia...

  • + A
  • - A
  • 12-06-2018, 13:08

    Yusifovun “çevrilişi” və rektorluğu GDU-nun “burnundan gəldi” - Şok iddia...















    Yadigar Əliyevin rektorluqdan gedişini bayram etdikdən sonra Gəncə Dövlət Universitetinin (GDU) bu sevinci “burnundan gəldi”

    FİA.Az media üzərindən xəbər verir ki, prorektor Yusif Yusifovun hazırladığı çevriliş ssenarisi üzrə postundan devrilən Y.Əliyevdən sonr GDU-nun “qara günləri” başladı.

    Çoxları elə güman edirdi ki. Y.Yusifov rektor kürsüsünə qalxdıqda GDU-da güllər açacaq, həm işçi heyətinin, həm dekanların, həm tələbələrin işi yaxşılaşacaq.

    Ancaq neçə ildir ki, fasiləsiz olaraq mediada tənqid olunan GDU-nun hazırkı rektorunun fəaliyyəti bu ali məktəbi uçurumun kandarına yaxınlaşdırıb.

    Çünki rüşvət də, tədrisin keyfiyyəti də eyni səviyyədədir. Rektor hələ o zaman təhsil nazirinin müavini olan Ceyhun Bayramovun dəstəyi ilə GDU-nu götürmüşdü.

    İndi təhsil naziri olan C.Bayramova arxalanan Y.Yusifovun vəziyyəti daha da əlverişli olub.

    İddialar var ki, GDU rektoru artıq təhsil nazirinin müavini vəzifəsinə qalxacağı eşqinə düşüb.

    Hətta C.Bayramovun bu barədə ondan möhlət istədiyi və yuxarılarla razılaşdırmaq lazım gəldiyini söylədiyi iddia edilir.

    Amma Y.Yusifovun nazir müavini olub-olmayacağı dəqiq deyil. Dəqiq olan budur ki, rektorluğu dövründə GDU-da tədris səviyyəsi aşağı düşüb.

    İmtahanlar pulsuz yazılmır, dekanlar bu prosesdə yığıma nəzarət edirlər. “Balıq başdan iylənər” deyiminə uyğun olaraq GDU-da yuxarıdan aşağıya qədər rüşvət xərçəng kimi yayılıb.

    Yəni, Y.Əliyevdən sonra Gəncənin ən böyük təhsil ocağında irəliləyiş yox, geriləmə qeydə alınıb.

    FİA.Az gundemxeber.biz-ə istinadla xəbər verir ki, GDU-da baş verən neqativ hallarla bağlı işıq üzü görən açıqlamalara, rektorun köməkçisi Elsevər Nağıyev “tələbələrin dərsə gəlməmələri, yaxud da onların ölkə xaricində olmaları ilə bağlı sizin nə işiniz var” deməkdən çəkinməyib.

    Rektor köməkçisi bu çıxışı və mətbuatı səlahiyyətsiz qurum adlandırmaqla bərabər, hətta KİV haqqında Qanunlardan və ölkə rəhbəri cənab İlham Əliyevin media ilə bağlı açıqlamalarından xəbərsiz olduğunu da ortaya qoymuş olub.

    Daha sonra o, universitetlə bağlı sualların cavabını GDU-nun mətbuat xidmətindən deyil, şəhər icra hakimiyyətindən əldə etməyi də məsləhət bilib.

    O halda rektor köməkçisinə sual oluna bilər ki, bəs universitetin mətbuat xidməti hansı suallara cavab vermək səlahiyyətinə malikdir?

    Elsevər Nağıyev hələ də ayrıd edə bilmir ki, universitetlə bağlı problemlərə şəhər icra hakimiyyəti deyil, univeristet tərəfi münasibət bildirməlidir.

    Onu da deyək ki, bu günlərdə ölkənin digər ali məktəblərində olduğu kimi, GDU-da yay imtahan sessiyası keçirilməkdədir.

    Bir neçə gün öncə universitetdə keçirilən imtahanların nəticələri qənaətbəxş olmadığından, universitet rəhbərliyi humanistlik nümayiş etdirib.

    Bu ali təhsil ocağının bütün korpuslarında tələbələri təkrar imtahana cəlb etmişlər və bağlı qapılar arxasında onlara veriləcək sualları cavabları ilə birlikdə veriblər.

    Təkrar imtahana cəlb olunan tələbələrin işləri isə, yalnız imtahan listlərini öz dəsti-xəttləri ilə köçürməkdən ibarət olub.

    Bundan əlavə, bütün addımlar əvvəlcədən dekanla razılaşdırılır və hazır cavablar sonra tələbələrə verilir.

    Bu cür "humanist” addımlar, əsas etibarilə fizika, xarici dillər və tarix fakultəsində həyata keçirilir.

    Universitet rəhbərliyinin atdığı humanist addımlardan biri də, məcburi köçkünlərə göstərilən diqqətin varlığı olur.

    Sonuncu kurslarda oxuyan məcburi köçkün övladları olan tələbələrə diplom müdafiəsi və buraxılış imtahanlarında edilən güzəşt olunur.

    Yəni, müəyyən edilmiş məzənnə 50% və ya 200 manata qədər endirim, yalnız universitetin kimya biologiya fakultəsində həyata keçirilir.

    Qarşı tərəfi dinləməyə hazırıq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR