AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əhalinin məşğulluğu haqqında - Masallı Rayon Statistika İdarəsi

  • + A
  • - A
  • 14-09-2023, 22:56

    Əhalinin məşğulluğu haqqında -

    Bakı, 14 sentyabr — Azadmedia.az

    Masallı Rayon Statistika İdarəsindən Azadmedia.az-ın cənub bürosuna verilən məlumatda bildirilir ki, rayon üzrə 2023-cü ilin iyul ayının 01-i vəziyyətinə iqtisadi fəal əhalinin sayı112952 nəfər olmuş, onlardan 106898 nəfərini məşğul, 6054 nəfərini isə işsiz əhali təşkil etmişdir.

    Belə ki, Masallı rayonu üzrə işsizlik səviyyəsi 5,4 faiz olub.

    Həmçinin məlumat üçün qeyd edilir ki -

    Məşğul əhali - Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan və bir qayda olaraq qazanc (gəlir) gətirən hər hansı fəaliyyətlə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilərdir.

    İşsiz əhali – işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanında işaxtaran kimi qeydiyyata alınan əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxslərdir. Bu şəxslər, milli qanunvericiliyə uyğun olaraq işsiz statusu almaq hüququna malikdir.

    Qeyd edək ki, işsizliyin səviyyəsi – işsizlərin sayının iqtisadi fəal əhalinin sayında faizlə ölçülən xüsusi çəkisidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR