AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda “İşgüzar həyata hazırlıq təlimləri” keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 15-09-2023, 17:54

    Masallıda “İşgüzar həyata hazırlıq təlimləri” keçirilib -

    Bakı, 15 sentyabr — Azadmedia.az

    Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Lənkəran-Astara Regional nümayəndəliyinin Masallı bölməsinin, Masallı rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə “İşgüzar həyata hazırlıq təlimləri” layihəsi çərçivəsində gənclər üçün “Müsahibəyə hazırlıq” mövzusunda təlim keçirilib.

    Təlimin açılışında Masallı Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva mərkəzdə keçirilən fəaliyyətlərin gənclərin karyera quruculuğuna və şəxsi inkişafına müsbət təsir etdiyini, əmək bazarına uyğun kadrların formalaşmasında mühüm əhəmiyyətli olduğunu vurğulayıb və belə fəaliyyətlərdə gənclərin aktiv olmasını tövsiyyə edib.

    Təlimçi, karyera məsləhətsiçi Orxan Əliyevin təqdimatında keçirilən təlimdə “Uğurlu müsahibənin sirləri”, “Müsahibənin mərhələləri”, “İşəgötürənin tələblərini necə qarşılayaq?” mözvularından danışılıb, komanda işləri və enercayzerlər icra edilib.
    Qeyd edək ki, layihə çərçivəsində təlimlər silsilə olaraq davam etdiriləcək.










    Ü. Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR