AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı rayonu Böyük Xocavar kəndində deputat Məşhur Məmmədovun köməkçiləri tərəfindən I Qarabağ müharibəsi şəhid ailəsi ziyarət olunub - FOTOLAR

  • + A
  • - A
  • 16-09-2023, 14:26

    Masallı rayonu Böyük Xocavar kəndində deputat Məşhur Məmmədovun köməkçiləri tərəfindən I Qarabağ müharibəsi şəhid ailəsi ziyarət olunub -


    Bakı, 16 sentyabr — Azadmedia.az


    16 sentyabr tarixində Masallı rayonu Böyük Xocavar kəndində Deputat Məşhur Məmmədovun köməkçiləri tərəfindən I Qarabağ müharibəsi şəhidi Əzizov Emil Əbil oğlunun ailəsi ziyarət olunub.

    Azadmedia.az-ın cənub bürosu xəbər verir ki, ziyarətdə deputatın köməkçiləri Əli Nağıyev, Hekayət Nəzərov və Rəmzi Şahverdiyev iştirak ediblər. Onlar şəhid Əzizov Emilin yaşadığı evə gələrək onun ailə üzvlərinə baş çəkiblər.

    Ziyarət zamanı şəhidin xoş xatirələrindən danışılıb, əziz xatirəsi yad edilib. Deputatın tapşırığına əsasən, onun ailəsinə maddi və mənəvi dəstək göstərilib.

    Şəhidin anası Raisə Əzizova vurğulayıb ki, deputat Məşhur Məmmədovun qayğısını hər zaman hiss etmişik, rayonun bütün əlaqədar tədbirləri daxil hər zaman biz şəhid ailələri diqqətdə olmuşuq və bu diqqət sayəsində əziz şəhidlərimizin hər zaman yad edilməsi bizləri sevindirir ki, heç vaxt Azərbaycan şəhidi unudulmayacaq.

    Eyni zamanda, şəhidin qardaşı göstərilən diqqət və qayğıya görə, maddi və mənəvi dəstəyə görə, deputat Məşhur Məmmədova minnətdarlıqlarını ifadə edib.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR