AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ERMƏNİSTAN AZƏRBAYCANA BAŞQA SEÇİM QOYMADI

  • + A
  • - A
  • 19-09-2023, 15:01

    ERMƏNİSTAN AZƏRBAYCANA BAŞQA SEÇİM QOYMADI

    Ceyhun Məmmədov,
    Millət vəkili

    2020-ci ildən bu günə qədər olan dövrdə Azərbaycan keçmiş münaqişənin dinc yolla həll olunması üçün çox çalışdı. Dəfələrlə müxtəlif platformalarda görüşlər keçirildi, bəyanatlar verildi.
    Ötən dövrdə Azərbaycan üzərinə götürdüyü bütün öhdəlikləri dəqiq yerinə yetirdi. Ermənistan isə davamlı olaraq sülh təşəbbüslərinə mane oldu, Azərbaycana qarşı təxribatlar törətdi, mina xəritələrini təqdim etmək əvəzinə, ərazilərimizdə yeni minalar basdırdı.
    Son günlər isə Ermənistanın təxribatları daha da artmışdı. Ard-arda mövqelərimiz atəşə tutulur, Ermənistan diversiya qrupları vasitəsilə Ermənistan - Azərbaycan sərhədində təxribatlar törətməyə, daha çox Azərbaycan vətəndaşının qətlə yetirilməsinə çalışırdı.
    Dünən Xocalıda baş verən hadisə bir daha göstərdi ki, Ermənistan çirkin niyyətlərindən əl çəkmək istəmir. Öz havadarlarına güvənərək daha çox Azərbaycan vətəndaşını qətlə yetirməyə, bölgədə vəziyyəti daha da gərginləşdirməyə çalışır.
    Ermənistan Azərbaycan üçün başqa seçim qoymadı. Öz havadarlarına güvənərək hər gün bölgədə vəziyyəti daha da gərginləşdirdi. Təəssüf ki, bir sıra Qərb dövlətləri və beynəlxalq təşkilatlar Ermənistana dur demək əvəzinə daha çox Azərbaycan təzyiq etməyə çalışdılar. Bununla bölgədə vəziyyəti daha da gərginləşdirdilər, Ermənistanı yeni təxribat və cinayətlərə sövq etdilər. Bu gün bölgədə vəziyyətin gərginləşməsinə görə Ermənistan qədər onlar da məsuliyyət daşıyırlar. Azərbaycan çox səbir etdi. Bu səbrin bir hüdudu da olmalıdır. Azərbaycan qədər heç bir dövlət bu təxribatlara bu qədər səbir və dözüm nümayiş etdirməzdi.
    Hazırda Azərbaycan ölkəmizə qarşı davamlı təxribatlar törədən hərbi obyektləri məhv edir. Ermənistanın iddia etdiyi kimi heç bir mülki obyekt hədəfə alınmayıb. Ermənistandan fərqli olaraq biz bunu heç zaman etməmişik.
    Sonda dünənki hadisə zamanı həyatını itirən vətəndaşlarımızın ailəsinə dərin hüznlə baş sağlığı verirəm. Allah rəhmət eləsin!
    Allah Prezidentimizi, ordumuzu və xalqımızı qorusun!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR