AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Fuad Muradovun təşkilatı Qərbin milyonlarını necə “yuyub” ? - sensasion faktlar...

  • + A
  • - A
  • 18-06-2018, 13:10

    Fuad Muradovun təşkilatı Qərbin milyonlarını necə “yuyub” ? - sensasion faktlar...















    Avropa İttifaqının Bakı ofisi bir məlumat kitabçası çıxarıb. Bu böyük skandala səbəb olub

    FİA.Az-ın verdiyi xəbərə görə, kitabçada Aİ-nın ölkəmizdə vətəndaş cəmiyyətinə 2007-2016-cü illər arasında etdiyi yardımlar göstərilib.

    Bu haqda analitik Fərhad Mehdiyev feysbuk hesabında yazıb. Onun sözlərinə görə, çox şübhəli təşkilatlara və effektivliyi mübahisəli proyektlərə xeyli pul ayırıblar.

    Məsələn, “ÜMİD Sosial İnkişafa Dəstək” İctimai Birliyinə nə çox nə az, 1.137.189 avro pul ayrılıb. Bunlar da milyondan çox pulu 2 il ərzində sadəcə təlim, seminar və şəbəkələşməyə xərcləyiblər.

    2016-cı ildə bitmiş bu proyektin heç bir şəbəkələşməsi qalmadığı kimi, İctimai Birlik özü hazırda heç bir proyekt də həyata keçirmir. Belə birlik, bu qədər pula belə proyekt olar?

    Təhsil Nazirliyi ilə bağlı Təhsildə İnnovasiyalar Mərkəzinə 640.000 avro ayrılıb ki, bunun VC ilə heç bir əlaqəsi yoxdur.

    Ümidli Gələcək Gənclər Təşkilatına (diasporla iş üzrə dövlət komitəsi sədri Fuad Muradovun qurumudur) 640.000 avro “çatdırılıb”, pullar xərclənib.

    Bu proyektin bu günə olan təsiri bir neçə sıfırdan ibarətdir. Deməli bu təşkilat bu 640.000 euronu o qədər səmərəli xərcləyib ki, onların bu gün işləyən bir veb saytı belə yoxdur.

    Yenə bu “Ümidli Gələcək” Təşkilatına Azərbaycan Hüquqşünaslar Konfederasiyası ilə bir yerdə 2013-2016 illər üçün 300.000 avro qrant verilib.

    Guya bu pulla onlar, 14-17 yaş arasında olan və polislə üzləşən uşaqların pis rəftara məruz qalmasını qarşısını almaq üçün tədbirlər həyata keçirib.

    “Kakoy-to Tomris” Qadınlar Təşkilatına (google bu qurum haqda heç nə bilmir), işgəncə və pis rəftarın qarşısını almaq üçün 166.666 avro ayrılıb. Yəni, gedin kef edin.

    Nəticə: məhz Avropa İttifaqının, elə Avropa Şurasının da qızıl səyləri nəticəsində ölkəmizdə vətəndaş cəmiyyətinin və demokratik islahatlar analogiyasız bir "inkişafa" məruz qalıb.

    FİA.Az-ın verdiyi xəbərə görə, F.Muradov deputat olduğu illərdə təşkilatının əli ilə Qərbin milyonlarını silib.

    Ölkədə isə heç bir vətəndaş cəmiyyətinin inkişafından söhbət gedə bilməz. Hazırda Diasporla İş üzrə Dövlət Komitəsi sədri olan F.Muradov böyük qrant korrupsiyasına yol verib.

    Aİ-nin ayırdığı qrantları heç bir fəaliyyəti olmayan təşkilatların hesabına silməsi ciddi korrupsiya araşdırması zərurəti yaradır.

    Bəzi insanlarda yanlış təsəvvür yaranıb ki, ən böyük qrant yeyən QHT-lərdir. Əslində isə Azərbaycanda ən böyük qrant yeyən hökumətyönlü deputatların təşkilatlarıdır. ABŞ, Avropa Birliyi və digər beynəlxalq qurumlardan ən çox qarantları məhz hökumət alıb.

    Xatırlayırsınızsa, 2012-ci ilin yanvarında ölkə başçısı və Prezident Administrasiyasının şəxsən iştirakı ilə Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının iclası keçirilmişdi və oradaca həmin il korrupsiyaya qarşı mübarizə ili elan olunmuşdu.

    O zaman hakimiyyət ABŞ-dan korrupsiyaya qarşı mübarizə və demokratik islahatların keçirilməsi üçün 1 milyard dollar vəsait aldı.

    Ümumiyyətlə, indiyə qədər hakimiyyət ABŞ-dan və ayrı-ayrı beynəlxalq fondlardan, beynəlxalq təşkilatlardan islahatların aparılması üçün bağlı böyük məbləğlərdə pullar alıb. Bu pullar həm qrant olaraq, həm də kredit şəklində alınıb.

    Həmin vəsaitlərin hamısı həqiqətən də korrupsiyaya qarşı mübarizəyə, demokratik islahatlara xərclənsəydi ölkəmiz bu günə gəlib düşməzdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR