Əziz Əzizov "OVA ÇIXIB"... - Sabiqlərə qarşı...
Sahibkarlarla ədavəti sahibindən gəldiyi ilk günlərdən medianın hədəfinə çevrilən Yasamalın hazırki icra başçısı Əziz Əzizov indi də oliqarx-məmurlara "ilişir". Bu barədə daxil olan informasiyalardan anlaşılır.
Belə ki, redaksiyamızı bilgiləndirən qaynağın iddialarına görə, Yasamalın icra başçısı rayon ərazisində yerləşən və ayrı-ayrı iri məmurlara məxsus olan obyektlərə qarşı "səlib yürüşü"nə keçib.
Mənbənin dia.az-a söylədikləri: "Əziz Əzizov Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun adamıdır. Yəni hansı obyektin kimə məxsus olduğunu yaxşı bilir. Elə buna görə də Yasamalın başçısı son zamanlar mövqeyi zəfiləyən və yaxud da mövqeyini itirən məmurların ovyektlərini hədəfə alıb. Artıq bir neçə ovyektə başçının adından ismarıc göndərilib. Böyük toqquşmalar olacaq".
Qeyd edək ki, Yasamal əraizinsə keçmiş nəqliyyat naziri Ziya Məmmədovun, keçmiş vergilər naziri Fazil Məmmədovun, Metropolitenin sabiq sədri Tağı Əhmədovun və digərlərinin obyektləri var. İndi isə görünəni odur ki, Əziz Əzizov qazanc əldə edə bilməsi üçün zatən ovlanmış olan şikarları ovlamağa çalışacaq...